جمعه 10 فروردین 1403

14 August 2023

Ərbəin mərasimini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir

Ərbəin mərasimini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir


İraqda Ərbəin mərasimində İmam Hüseyn (ə) əzadarlarının təhlükəsizliyini 40 mindən çox təhlükəsiz qüvvəsi təmin edir.

Maideaz bildirir ki, Əl-Aləm televiziyasının məlumatına görə, İmam Hüseynin (ə) Ərbəini mərasimini keçirmək üçün Kərbəlaya hərəkət edən zəvvarların təhlükəsizliyini təmini üçün 40 mindən çox təhlükəsiz qüvvəsi iştirak edir. Bunu Orta Fərat Əməliyyat Komandanlığının başçısı general Qeys əl-Məhəmmədavi deyib. 

O deyib ki,biz diqqəti cəlb edəcək sayda zəvvara ev sahibliyi edirik. “Onların sayı 15-20 milyon nəfərə çatacaq. Nəticədə bu sayda zəvvarın təşkilatlanması, onların Kərbəlaya daxil olması və digər ehtiyaclarının təmini üçün çoxlu səy və müxtəlif əməkdaşlıqlara ehtiyac var.

Kərbəla vilayətinin polis komandanı general Əhməd əl-Züveyni də əl-Aləm müxbirinə deyib ki, Kərbəla vilayətinin polis komandanlığı Orta Fərat Əməliyyat Komandanlığının əməkdaşlığı ilə İmam Hüseyn (ə) ərbəini zəvvarlarına dəstək üçün plan hazırlayıb. Bu plana əsasən, Kərbəla şəhərinin mərkəzindən vilayətin idarəçiliyinə qədər bütün bölgələrdə müxtəlif qüvvələr yerləşdirilib. 

Builki Ərbəin mərasiminin özəlliyi müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Myanma, Pakistan, Hindistan, Livan və Fars körfəzinin ətrafındakı ölkələrdən əzadar karvanların iştirak etməsidir.

İmam Hüseyn (ə) Müqəddəs Ziyarətgahının rəhbərliyi zəvvarların qarşılanması üçün tam hazır olduğunu bildirib və bu yolda bütün imkanlardan istifadə edəcək ki, Kərbəla şəhəri Şəhidlər Sərvərinin Ərbəin mərasiminin keçirilməsi üçün təhlükəsizlik və lojistik baxımından hazır olsun.