پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Gürcüstanlı zəvvarlar Ərbəin ziyarətindədirlər

Gürcüstanlı zəvvarlar Ərbəin ziyarətindədirlər


İmam Hüseynin (ə) dünyaya nur saçan və paklıq aşiqlərini özünə cəlb edən eşqi Ərbəində milyonlarla insanı öz müqəddəs hərəminin ətrafında toplayır. Birlik, vəhdət, qardaşlıq, şəfqət dolu Ərbəin ziyarəti səxavət və rəhmət prinsipləri ilə dünyanı heyran qoyur. Müxtəlif ölkələrdən olan zəvvarlar burada öz əhdlərini müqəddəs məkanlarda yeniləyirlər. Şəkildə gördüyünüz Gürcüstanlı zəvvar qrupudur ki, Ərbəin eşqi ilə hal-hazırda Müqəddəs Kərbəla şəhərində ziyarətdədirlər. Allah qəbul etsin!