پنج شنبه 27 شهریور 1404

14 August 2023

Kərbəlada partlayış baş verib

Kərbəlada partlayış baş verib


İranın Mehr xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün səhər Kərbəlada baş vermiş partlayışda  8 nəfər şəhid olub, 6 nəfər yaralanıb. 

Bildirilir ki, intiharçı özünü partladıb. Partlayışın Kərbəla əyalətinin  hansı bölgəsində baş verdiyi dəqiq bilinmir.  

Fransa xəbər agentliyinin məlumatına görə, İraqın Təhlükəsizlik qüvvələri elan ediblər ki,  5 intiharçı Kərbəla zəvvarlarına hücumlar təşkil etmək istəyirdilər ki, təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə zərərsizləşdiriliblər. İntiharçıların hamısı öldürülüb. Partlayış nəticəsində 8 nəfər şəhid olub. 

İran Televiziyasının rəsmi xəbər saytı "iribnews" məlumat verir ki, İraqın Daxili İşlər Nazirliyinin sözçüsü Səd Mən  deyib ki,  İraq Təhlükəsizlik Qüvvələri  Kərbəlanın qərbində Eynul-Təmr şəhərinin Əl-Cihad bölgəsində itiharçıları öldürüblər. 

O deyib ki, intirahçılardan biri  İraq qüvvələri tərəfindən mühasirə olduqdan sonra özünü partladıb və partlayış nəticəsində 6 nəfər şəhid olub, 6 nəfər isə yaralanıb. 

Əl-Cəzirə kanalı isə  Kərbəlanın qərbində baş vermiş  partlayışda  11 nəfərin həlak olduğunu bildirib və yazıb ki, həyatını itirənlərdən 5 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Xəbər maidəaza istinad edilir.