جمعه 7 اردیبهشت 1403

14 August 2023

Rusiyada yaşayan İmam Hüseyn (ə) aşiqləri Kərbəlaya yola düşüb

Rusiyada yaşayan İmam Hüseyn (ə) aşiqləri Kərbəlaya yola düşüb


Həzrət Peyğəmbər (s) buyurub: “Möminlərin qəlbində imam Hüseyn (ə)-ın qətlinə görə elə bir hərarət vardır ki, heç vaxt o hərarət soyumaz.” (Xəsaisul-Hüseyniyyə, səh. 70)

Dünyanın hər bir məntəqəsində Hüseyn (ə) eşqi ilə alışıb yanan möninlər Ərbəin əyyamında Kərbəlaya doğru eşq səfərinə yola düşürlər. Onlar müqəddəs torpaqları ziyarət edərək, Həzrət İmam Hüseynlə (ə) mənəvi əhdlərini yeniləyir, paklıq və salehlik dolu əməllərlə onun mənəvi yoluna sadiq olacaqlarına söz verirlər. Bu elə bir eşqin hərarətidir ki, dünyanın istənilən nöqtəsində onun dogma istiliyini hiss etmək mümkündür. Şəkildə gördüyünüz Rusiyalı Ərbəin zəvvarları hal-hazırda İmam Hüseynnin (ə) qonağıdırlar. Onlar Moskvadan İraqa yola düşüblər. Allah ziyarətlərini qəbul etsin inşallah.