“İran sərhədlərindən Ərbəin ziyarətinə gedən avtobusların rahat hərəkəti üçün xüsusi proqram hazırlanıb.” Bunu İDYPİ-nin sədri Məhəmməd Hüseyn Həmidi deyib.
O, həmçinin artırıb: “Dünəndən etibarən 25 Noyabradək, daha doğrusu Ərbəin zəvvarları qayıdanadək bu proqram davam edəcək. 500 polis maşını, 1200 personel bu proqramda asayişin və yol qayda-qanunlarının qorunmasına xidmət göstərəcəkdir. İraqla sərhədə qədər olan yollarda, Həmədan, Kermanşah, İylam, Xuzistan və Lorestan məntəqələrində buna xüsusi diqqət göstəriləcəkdir.”
Məhəmməd Hüseyn Həmidi təkid edib: “Nəqliyyat və yol polisi əməkdaşları zəvvarların əmin-amanlığı üçün israrla bildirir: Xahiş olunur sürücülər avtobusların texniki nasazlıqlarına fikir verib, onları təmir etsinlər. Yalnız təyin edilmiş yollarla getsinlər. İcazə verilmiş sürət həddinə diqqət etsinlər. Bu barədəciddi şəkildə nəzarət olacaqdır.”
مطالب مشابه