پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Məşhəddə Ərbəin zəvvarlarının xuddamlarının Kərbəlaya yola salınması mərasimi

Məşhəddə Ərbəin zəvvarlarının xuddamlarının Kərbəlaya yola salınması mərasimi


İmam Rzanın (ə) mütəhhər hərəmində İmam Hüseynin (ə) Ərbəin zəvvarlarının xuddamlarının Kərbəlaya yola salınması mərasimi keçirildi

Noyabrın 7-də Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində İmam Hüseynin (ə) Ərbəin zəvvarlarınaxidmət edəcək şəxslərin Kərbəlaya yola salınması mərasimi keçirilib.

Astan News-a istinadən xəbər verilir ki, Qüds Rəzəvi ostanının rəhbəri Ayətullah Seyid İbrahim Raisi İmam Hüseynin (ə) Ərbəin zəvvarlarına xidmət edəcək şəxslərin Kərbəlaya yola salınması mərasimində çıxış edərək, "Ləbbeyk, ya Hüseyn(ə)" şüarının dünya zalımlarının zülmü və fəsadlarıyla əbədi mübarizə aparmaq mənasında olduğunu bildirib. Bu xəbəri Deyerlerorg bildirib.

Belə ki, "Ləbbeykə, ya Hüseyn" şüarı İmam Hüseynin (ə) hərəkatının davam etdiyini və hər cür zülm, təzyiqlə mübarizə etmək, zillətdən çəkinmək mənasındadır", - deyə Ayətullah Raisi bildirib.

Ayətullah Rəisi, mənəviyyatla dolu Ərbəin səfərini yerinə yetirən zəvvarların ortaq xüsusiyyətinin məsum İmamlara (ə) olan məhəbbətlərinin olduğunu qeyd edib: "Yer kürəsində heç bir tədbir Ərbəin tədbiri kimi möhtəşəm deyil və bu yürüş bəşəriyyətin ən böyük konqresidir və onu dünyanın başqa tədbirlərindən fərqli edən məqam isə Allaha və Əhli-Beytə (ə) məhəbbət və sevgi bəsləməsidir".

Ayətullah Raisi çıxışının davamında Samirrada iranlı zəvvarların şəhid olmasına səbəb olan son terror aktına diqqəti çəkib: "Terrorçular və onları himayə edən hegemon qüvvələr bu cür cinayətlərlə Ərbəin konqresinə təsir edə biləcəyini və onun əzəmətinə kölgə salacağını zənn edirlər. Ancaq həqiqət budur ki, bu çirkin təşəbbüsün Hüseynçilərin möhkəm iradəsinə ən kiçik təsiri belə olmayacaq və heç şübhəsiz, bu ilki Ərbəin tədbirləri, indiyə qədər keçirilmiş ən böyük Ərbəin tədbirlərindən biri olacaq".

Ərbəin zəvvarlarına xidmət edəcək şəxslər Qüds Rəzəvi ostanının İslam inqilabı həyətində böyük izdihamın iştirakıyla keçirilən mərasimdə yola salınıb.