جمعه 31 فروردین 1403

14 August 2023

Ərbəin üçün yola düşən ilk zəvvar qrupları Kərbəlaya çatıb

Ərbəin üçün yola düşən ilk zəvvar qrupları Kərbəlaya çatıb


Hər il Ərbəin ziyarəti üçün yola düşən zəvvarlar 3 gün və iki gecə ərzində Nəcəfdən Kərbəlaya qədər olan 80 kilometrlik məsafəni piyada gedərək, Kərbəlaya çatırlar. Bu il də, bu qrupların bir neçəsi artıq Kərbəladadır.

Qeyd etmək lazımdır ki, Ərbəin ziyarəti 10 gün müddətində ən az 20 milyon ziyarətçi ilə record həddini qırmışdır. Bu ziyarət zamanı elə səhnələrə rast gəlinir ki, bu dünya üzrə nadir hadisələrdəndir. İsti-soyuğa dözən zəvvarların əzəmətli səbri, güzəşt və mərhəmətləri, qonaqpərvər insanların xidməti və sair kimi hadisələri missal vurmaq olar.

Qeyd edək ki, Kərbəladan Kazimeynə 115 kilometr, Bağdaddan Kərbəlaya 90 kilometr, Bəsrədən Kərbəlaya 520 kilometrdir.