چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Kərbəlada Həzrət Rüqəyyənin şəhadəti münasibətilə əza mərasimi keçirilib

Kərbəlada Həzrət Rüqəyyənin şəhadəti münasibətilə əza mərasimi keçirilib


Belə ki, Həzrət Rüqəyyənin şəhadət gecəsi İmam Hüseynin (ə) və Həzrəti Əbülfəzl Abbasın (ə) pak hərəmlərində, həmçinin  Beynul Hərəmeyndə geniş ehtişamlı əza mərasimi təşkil edilib.

Beynul Hərəmeyn boyu salınan matəm süfrəsinin ətrafına balaca qızlar Xanım Rüqəyyəni təmsilən düzülüb. Bu matəm məclisində növhələr və mərsiyələr oxunub, əzadarlıq edilib. Hər kəs O Həzrətin müsibətinə göz yaşı töküb.