جمعه 31 فروردین 1403

14 August 2023

Bəsrəli Ərbəin zəvvarları Kərbəlaya İmam Hüseynin (ə) ən böyük bayrağını daşıyır

Bəsrəli Ərbəin zəvvarları Kərbəlaya İmam Hüseynin (ə) ən böyük bayrağını daşıyır


Milyonların getdiyi Hüseyni (ə) Ərbəin yürüşü İraqın cənubundan başlayıb.

Yaxın Şərq KİV-lərinə istinadən xəbər verilir ki, bu gün İraqın cənub məntəqələrindən Bəsrədən yola düşən Ərbəin zəvvarları Kərbəlaya İmam Hüseynin (ə) ən böyük bayrağını daşıyırlar. 600 kilomterlik məsafəni İmam Hüseynin (ə) bayrağını piyada daşıyaraq, Kərbəlaya gedən zəvvar, bunu İmam Hüseynə (ə) eşqinə görə etdiyini bildirir.

Bu arada qeyd edək ki, Ərbəin mərasimi üçün İraqın Kərbəla şəhərində olmaq üçün İraq daxilindən və dünyanın hər yerindən zəvvarlar yola düşməyə başlayıb.deyerlerorg