جمعه 7 اردیبهشت 1403

14 August 2023

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir

Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir


Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşü haqqında film çəkir. Tanınmış Amerikalı kinorejissor Ərbəin yürüşündə yaşanan o gözəl anları lentə almaq üçün film çəkilişlərinə başlayır. Əhli-Beyt (ə) aşiqlərinin  Kərbəlaya izdihamlı piyada yürüşü haqqında film çəkməyi planlaşdıran Amerikalı kinorejissor  Katrin  Bigelov (Kathryn Ann Bigelow)  ötən gün İraqın Bəsrə şəhərinə səfər edib.

K.Bigelovun çəkəcəyi film   “Böyük Ərbəin” adlanır.  Film haqqında ətraflı məlumat verilməyib.

Qeyd edək ki, artıb  bir neçə gündür ki, İraqın Bəsrə şəhərindən başlayaraq Kərbəla istiqamətində izdihamlı piyada Ərbəin yürüşləri başlayıb.

Səfər ayı başlayanadan sonra İraqın hər bir şəhərindən Kərbəla istiqamətdə piyada Ərbəin yürüşləri başlayır.

Amma xarici vətəndaşlar isə Ərbəin yürüşünü adətən Nəcəf-Əşrəf şəhərindən başlayırlar.