جمعه 7 اردیبهشت 1403

14 August 2023

“Azərbaycanda Aşura ədəbiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur

“Azərbaycanda Aşura ədəbiyyatı” mövzusunda beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur


Noyabrın 7-də Təbrizdə  "Azərbaycanda Aşura ədəbiyyatı" mövzusunda II beynəlxalq  konfrans keçiriləcək. 

Maidəazın  İranın İQNA saytına istinadən xəbər verir ki, beynəlxalq konfransda  Azərbaycandan 6 Əhli-Beyt (ə) şairi , eləcə də Gürcüstan və Türkiyədən də Əhli-Beyt (ə) şairləri  iştirak edəcəklər.

Qeyd edək ki, konfransın keçirilməsindən məqsəd  Azərbaycan, Türkiyə və Gürcüstanda  olan Əhli – Beyt (ə) şairlərinin, məddahları və araşdırmaçılarının xatirəsini anmaq və onların Aşura və  məhərrəmliklə bağlı  yeni yaradıcılıqları ilə tanış olmaqdır.

Konfrans İranın Azərbaycandakı səfirliyinin Mədəniyyət Mərkəzinin və Təbriz Universitetinin dəstəyi ilə keçirilir.