پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

Ərbəin ziyarət səfəri milyonlarla insanın birlik və vəhdət simvoludur

Ərbəin ziyarət səfəri milyonlarla insanın birlik və vəhdət simvoludur


Vəliyyi-fəqihin Həcc və Ziyarət İşləri üzrə nümayəndəsi Höccətül-islam Qazi Əsgər deyib: “Ərbəin ziyarət səfəri milyonlarla insanın birlik və vəhdət simvoludur.”

O, artırıb: “Milyonların iştirak etdiyi Ərbəin ziyarət səfərində əhli-sünnə, şiə, xristian və başqa fərqli etiqadlara sahib insanlar iştirak edirlər. Bu səfər, dünyanın azad ruhlu insanlarının və islam ümmətinin birlik və bağlılıq simvolu ola bilər. Təhdid və bir sıra çətinliklərə baxmayaram fərqli inanclı və müxtəlif millətlərdən olan insanlar birlikdə bu səfərdə hərəkət edirlər. İraq xalqı zəvvarları açıq ürəklə evlərinin qapılarını onların üzünə açır, onlara xidmət etmələrinə icazə vermələri üçün xahiş edirlər. Bir halda ki, onların heç birini tanımırlar.”