جمعه 10 فروردین 1403

14 August 2023

Son 20 gündə İraqda müqəddəs məkanları ziyarət edənlərin sayı 50 faiz artıb

Son 20 gündə İraqda müqəddəs məkanları ziyarət edənlərin sayı 50 faiz artıb


Məhərrəm ayının əvvəlindən indiyədək İraqdakı müqəddəs məkanlara səfər edən zəvvarların  həcmi 50 faiz artıb.  

Bunu İran Polisinin Pasport Qeydiyyatı idarəsinin rəisi general Məhəmməd Babayi deyib. 

M.Babayi Ərbəin gününün yaxınlaşması ilə pasport alanların sayının 10 faiz artdığını bildiirib. “Cari ildə Məhərrəm ayının əvvəlindən ötən 20 gün ərzində İraqdakı müqəddəs məkanları ziyarət etmək məqsədi ilə bu ölkəyə səfər edənlərin sayı 50 faiz artıb”. 

O deyib ki, İraq hökuməti viza üçün 40 dollar təyin edib və Ərbəin ziyarətinə zəvvarlara viza fərdi qaydada deyil, yalnız karvanların təqdim edilir. “Şələmçə, Çəzabə və Mehran sərhəd-buraxılış məntəqələrindən vizası olan şəxslərin fərdi qaydada İraqa getməsində biz tərəfdən heç bir mane yoxdur, lakin İraq hökuməti elan edib ki, Ərbəin ziyarəti üçün viza yalnız  karvanlara və manifestli şəxslərə təqdim olunacaq”. 

İraqın Azərbaycandakı səfirliyindən Maide.Az-a bildiriblər ki, ümumi vizanın qiyməti 40 dollardır, lakin karvanların təqdim etdiyi siyahı üzrə verilən vizanın qiyməti isə 60 dollar miqdarında təyin edilib.