پنج شنبه 6 اردیبهشت 1403

14 August 2023

İranın Kərbəladakı konsulluğu, Mir Məsud Hüseyni:"Ərbəin ziyarəti üçün əmin-əmanlığın hakim olmasına daim nəzarət edirik."

İranın Kərbəladakı konsulluğu, Mir Məsud Hüseyni:"Ərbəin ziyarəti üçün əmin-əmanlığın hakim olmasına daim nəzarət edirik."


İranın Kərbəladakı konsulluğu, Mir Məsud Hüseyni: “Mosulda İŞİD terrorist qüvvələrinə qarşı baş verən əməliyyatları nəzərdə alaraq, döyüş bölgəsində və həmçinin ziyarət məntəqələrindəki vəziyyət və əmniyyətlə davamlı şəkildə maraqlanırıq.  Buna baxmayaraq ki, keçən il Mosul tam şəkildə terrorçuların işğalında idi və vəziyyət daha da qarışıq idi, amma ziyarət bölgələrindəki əmin-amanlıq daim nəzarət altında idi. Heç bir problem qarşıya çıxmamışdı. Bu il Mosulun terrorçulardan azad edilməsi əməliyyatları müvəffəqiyyətlə davam edir və əmniyyət cəhətdən dəyərli zəvvarlarımızın narahatçılığı olmayacaq.”

 O, həmçinin deyib: “Bunu da qeyd edim ki, Ərbəin ziyarəti və zəvvarların təhlükəsizliyi ilə birbaşa Daxili İşlər Nazirliyi nəzarət etdiyi üçün bu il daha da əmniyyət çəhətindən şərait yaxşı olacaq. Xüsusi bir problem gözlənilmir.”