شنبه 1 اردیبهشت 1403

14 August 2023

Ayətullah Mohsan Araki: "Azərbaycan İslamdaxili dialoq üçün yaxşı platformadır"

Ayətullah Mohsan Araki: "Azərbaycan İslamdaxili dialoq üçün yaxşı platformadır"


İslam.az "Report"a istinadla xəbər verir ki, bunu İran rəhbərliyi Ali Ekspertlər Şurasının üzvü ayətullah şeyx Mohsan Araki Moskvada keçirilən məzhəblərin yaxınlaşması forumu çərçivəsində deyib.

"Məhəmməd Peyğəmbərin doğum günü münasibətilə bu il dekabr ayının 15-16-da Tehranda 30-cu "İslam həmrəyliyi" konfransı keçiriləcək", - deyə M.Araki bildirib.

İranlı din xadimi qeyd edib ki, Tehranda Qafqaz Müsəlmanları İdarəsi ilə Bakıda müxtəlif İslam konfranslarının, o cümlədən məzhəblərin birləşdirilməsi üzrə (İslamdaxili - red.) konfransların keçirilməsinin mümkünlüyü məsələsini müzakirə etməyi planlaşdırdıqlarını bildirib.

Onun sözlərinə görə, Azərbaycan regionda baş verən proseslərə təsir göstərir: "Azərbaycan İslam dünyası daxilində dialoq üçün yaxşı platformadır".