Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda “Leqaul - Hüseyn (ə)” konfransına hazırlıq işləri gedir
Bu ərəfədə xaricdən dəvət edilən qonaqlarla müxtəlif toplantılar təşkil edilir.
Bu toplantılardan biri də İranın İmam Sadiq (ə) inistitutunda təşkil edilib.
Tədbirin qonaq və natiqlərindən bir də şimali Koliforniyada fəaliyyət göstərən İmam Əli (ə) məscidinin banisi və imam camaatı höccətül - islam vəl - müslimin Seyid Zəhir Hüseyn Nəqəvi idi.
Ruhani bildirdi ki, məhərrəmlik mərasimlərində bəzən rastlaşdığımız nalayiq hərəkətlər, ictimai yerlərdə sərgilənməsi məqsədə uyğun olmayan əməllər qərb mediası tərəfindən işıqlandırılır və sui - istifadə edilirdi. Onların planlarını isə ərbəin ziyarəti puça çıxartdı. Demək olar ki, ərəbin ziyarəti düşmənin, anti - İslam və anti - şiə qüvvələrinin məkirlri siyasətlərini nabud etdi.
Höccətül - islam vəl - müslimin Seyid Zəhir Hüseyn Nəqəvi ərbəin piyada ziyarətini şiə dünyasının terrorzimə qarşı etirazı kimi dəyərləndirdi. Bu hərəkat istər - istəməz şiə təfəkkürünün başqa məzhəblərdən fərqləndiyini gündəmə çıxarır və onu bütün dünyaya nümayiş etdirir.
O ərəbin ziyarətini İmam Zamanın (ə) dövlətindən bir nümunə saydı – orada kimsə aç qalmır, hamı tam təhlükəsizdir, fədakarlıq hissi özündən qabaq başqasına xidmət hər yeri bürüyüb.
Qeyd edək ki, toplantının başqa bir qonağı da Almaniyanın Gisen inistitutunun müəllimi Markos Gerhuld olub. O öz çıxışını ərbəin ziyarəti ( İmam Hüseynin (ə) dəfninin 40 - cı günü müəslamnlar arasında ənənəvi dini ziyarət) və bu ziyarətin barbar və cahil cəmiyyətdən müasir islam cəmiyyətinə keçiddə oynadığı rola həsr edib.
مطالب مشابه