جمعه 7 اردیبهشت 1403

14 August 2023

Ərbəin ziyarəti İslam mədəniyyətinin yeni mərhələsini formalaşdıra bilər

Ərbəin ziyarəti İslam mədəniyyətinin yeni mərhələsini formalaşdıra bilər


Şəbistan Xəbər Agentliyi xəbər verir ki, İranda “Leqaul - Hüseyn (ə)” konfransına hazırlıq işləri gedir

 Bu ərəfədə xaricdən dəvət edilən qonaqlarla müxtəlif toplantılar təşkil edilir.

 Bu toplantılardan biri də İranın İmam Sadiq (ə) inistitutunda təşkil edilib.

 Toplantıya qatılan İmam Sadiq (ə) İnistitutunun akademik heyətinin üzvü höccətül - islam vəl – müslimin Səidi yeni mədəniyyətin formalaşması və yeni sivilizasiyanın qurulmasında İslam hüququnun rol, yer və çəkisindən söz salaraq, öz fikir və mülahizələrini bölüşüb: Ənənəvi ərbəin piyadalama ziyarəti - ərbəin yürüşü məsum imamların baxışında dini sivilizasiyanın simvol və atributudur.

 “Din və ilahiyyat bu mədəniyyətin formalaşası üçün onun təməl, hədəf və gedişatında yeni bir proqram və konsepsiya təklif edir. Deməli, ayinlərindən biri də ərbəin ziyarəti olan şiə fiqhinin yeni sivilizasiya və dini mədəniyyət quruculuğunda güc, çəki və imkanlarına diqqət yetirmək və onlardan praktiki istifadələr etmək lazımdır”, - deyə höccətül - islam vəl – müslimin Səidi bildirib.

Qeyd edək ki, toplantının açılış çıxışını “Leqaul - Hüseyn (ə)” konfransının təşkilat komitəsinin sədri Məsud Muinipur edib. O öz çıxışını ərbəin ziyarətinin ortaya qoyduğu potensial və perespektivlərə həsr edib.

 Tədbirin qonaq və natiqlərindən bir də şimali Koliforniyada fəaliyyət göstərən İmam Əli (ə) məscidinin banisi və imam camaatı höccətül - islam vəl - müslimin Seyid Zəhir Hüseyn Nəqəvi olub.

 

 Toplantının başqa bir qonağı isə Almaniyanın Gisen inistitutunun müəllimi Markos Gerhuld olub.

 İmam Sadiq (ə) İnistitutunun akademik heyətinin üzvü Qulamrıza Qudərzi də bir sıra xarici qonaqlardan sonra toplantının sonuncu natiqi kimi öz çıxışında ərbin ziyarətini Allahın mələklər aləminin cilvəsi sayıb və onun dəyər və potensialının hələ də dərk olunmadığını vurğulayıb. “Axırzaman yaxınlaşdıqca, zaman ötdükcə ərbəin ziyarətinin daha artıq imkanları üzə çıxır, faydaları daha aşkar, miqyası daha geniş və əhatəli olur”.