جمعه 10 فروردین 1403

14 August 2023

Polis tərəfindən olduqca zəruri əmniyyət tövsiyələri

Polis tərəfindən olduqca zəruri əmniyyət tövsiyələri


İran İslam Respublikasının Daxili İşlər Nazirliyi Ərbəin zəvvarlarına bir sıra tövsiyələrə əməl etməyin zəruriliyini qeyd etmişdir. O cümlədən:

  1. Tək səfərə çıxmayın və tək gəzməyin.
  2. Zəvvarlarla dini-siyasi münaqişə və mübahisə etməyin
  3. Yol boyunca tıxaclar və yubanmalar zamanı səbirli olun.
  4. Yuxulu halda maşın sürməyin və yaxud yuxulu olan sürücünü yola davam etməyə məcbur etməyin.
  5. Səfər boyunca, müqəddəs hərəmdə və sair yerlərdə nizam-intizam qüvvələrinin qoyduğu qayda-qanunlara riayət edin.
  6. Polislərin və əmniyyət güclərinin sizing əşyalarınızı yoxlamasına icazə verin. Bu hər kəsin əmin-amanlığına xidmət edir.
  7. Şübhəli şəxslərdən uzaq durun və şübhəli hadisələrdə intizam qüvvələrinə müraciət edin
  8. Şəxsi və xüsusi məlumatlarınızı heç kimlə bölüşməyin.
  9.  Yemək və içməyinizi yalnız üzərində adı olan, etibarlı məkanlardan təmin edin
  10. İstirahət üçün qaldıınız mkanların etibarlı və üzərində ad yazılmış olmasına diqqət edin. Məkanın adresini yaxınlarınıza sms edin.
  11. Qaldığınız hotelin adresini alın, telefon nömrəsini götürün.
  12. İmkan daxilində aksessuar, oyuncaq və suvinir kimi əşyaları almayın.
  13. Heç kimdən hədiyyə, yaxud kömək məqsədilə daşımaq üçün bağlama, qutu qəbul etməyin.
  14. Kodein və başqa psixi təsirləri olan dərmanlar İraqda qadağan olduğu üçün istifadə etməyin və özünüzlə daşımayın.
  15. Tanımadığınız maşınlara minməyin.
  16. Telefonunuzu baxmaq yaxud istifadə üçün heç kimə verməyin.
  17. Simkartınızı heç kimlə dəyişməyin.
  18. Ailənizi hoteldə tənha qoyub, heç bir yerə getməyin.