چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

İİR-nın Daxili İşlər Nazirliyinin Ərbəin zəvvarlarına xüsusi tövsiyələri

İİR-nın Daxili İşlər Nazirliyinin Ərbəin zəvvarlarına xüsusi tövsiyələri


İran İslam Respublikasının Daxili İşlər Nazirliyi Ərbəin zəvvarlarına sərhəd-keçid məntəqələrindən keçərkən bir sıra tövsiyələrə əməl etməyin zəruriliyini qeyd etmişdir. O cümlədən:

1.    Pasportunuzun ən az altı aylıq etibara sahib olması lazımdır.

2.    Pasportu olmayan şəxslər sərhəddən buraxılmayacaq.

3.    Hər ehtimala qarşı pasportunuzun kopyasını çıxarıb (ksereakopya) özünüzlə saxlayın.

4.    İraqa daxil olduqda, sərhəddə sizin pasportunuza möhrun vurulmasına əmin olun.

5.    Özünüzlə lazımsız qiymətli əşya (qızıl) və sənədləri (çek) aparmayın.

6.    Tanımadığınız fərdi və qeyri-hüquqi şəxslərə parportunuzu təqdim etməyin.

7. Sərhəddə və yoxlanış məntəqələrində sizin çantalarınıza hansısa əşyanın və yükün qoyulmamasına diqqət edin

8. Səfər boyu pasport və sənədlərinizi diqqətlə qoruyub saxlayın. İtirdiyiniz zaman müxtəlif problemlərlə qarşılaşacaqsınız.

9. Hərbi və yaxud yoxlanış məntəqələrindən keçdiyiniz zaman şəkil çəkməyin.

10. Hərbi məntəqələrdə boş yerə dayanmayın.