جمعه 7 اردیبهشت 1403

14 August 2023

Ərbəin ziyarətinə yola düşən xanımlara bir sıra tövsiyələr

Ərbəin ziyarətinə yola düşən xanımlara bir sıra tövsiyələr


Höccətül-islam Həmid Əhmədi “Ərbəin mədəni-maarif komitəsinin” fəaliyyətlərinə hərs olunmuş iclasda xanımların Ərbəin ziyarəti zamanı bir sıra məsələlərə xüsusi diqqət yetirmələrinə təkid etmişdir. O, deyib: “ Ərbəin ziyarətinə yola düşən xanımlar bir sıra tövsiyələrə əməl etməlidirlər. O cümlədən:

1.    Tənha ziyarətə yola düşməməlidirlər.

2.    Onların (bu uzun və çətin, eyni zamanda əzəmətli) səfərdə həyat yoldaşları və yaxud ən yaxın məhrəm insanlarla birgə olmaları məsləhətdir.

3.    Qrupla ziyarətə getmələri məqsədə uyğundur.

4.    Ziyarətə yola düşən xanımların cismi və fiziki sağlamlığı və dözümü buna qadir olmalarına təminat verdikləri halda onların ziyarətə yola düşmələrinin məntiqə uyğunluğu tövsiyə oluna bilər.

5.    Əlavə və uzun-uzadı səfərlərdən çəkinmələri məsləhətdir.

6.    Əsas ziyarəti yerinə yetirdikdən sonra (qrup və yaxud yaxınları ilə birgə) geri dönmələri tövsiyə olunur.

7.    Kiçik yaşda olan uşaqları ilə birgə (körpələrin sağlamlığı və fiziki zəifliyi nəzərdə alınmaqla) bu səfərdə iştirak etməmələri məsləhətdir.