İran Polisi bəyanat yayaraq bildirib ki, İmam Hüseynin (ə) Ərbəin ziyarətinə gedən zəvvarların İran-İraq sərhədlərini pasportsuz (İraq ölkəsinin vizasını almadan) keçməsi mümkünsüzdür.
Maidəazın verdiyi xəbərə görə, polis elan edib ki, qanunsuz sərhədi keçən zəvvarlar İraq ərazisində həbs oluna bilər, bundan başqa qayıdarkən sərhəddə problemlərlə üzləşə bilərlər.
Məlumatda bildirilir ki, xarici pasportların bitmə müddətinə 6 aydan az qalmış şəxslər öz pasportlarını dəyişdirməlidirlər.
Zəvvarların gediş-gəlişini asanlaşdırmaq və zəvvarların sıxlığını aradan qaldırmaq məqsədi ilə Şələmçə sərhəd keçid məntəqəsində xidmət göstərən polislərin və nəzarətçilərin sayı artırılıb.
Qeyd edək ki, hər il İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinin şəhadətinin 40 mərasimi - Ərbəin münasibətilə milyonlarla müsəlman Kərbəla şəhərinə piyada yürüş edirlər. Ötən il 20 milyon insanın bu izdihamlı mərasimdə iştirak etidyi bildirilir. Bu il Ərbəin milad təqvimi ilə 20 noyabr tarixinə təsadüf edir.
مطالب مشابه