جمعه 7 اردیبهشت 1403

14 August 2023

Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir

Azərbaycanda məscidlərdə Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir


APA-nın xəbərinə görə, aksiya Qafqaz Müsəlmanları İdarəsi və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

“Təzəpir” məscidində keçirilən aksiyanı izləyən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, artıq indiyə qədər ölkə üzrə 400-ə yaxın şəxs qan verib.

Aksiya ölkə üzrə 15 məsciddə keçirilir.

Qan vermək üçün müraciət edən şəxslərin xəstəliklərinin olub-olmadığı və qanda hemoqlobin səviyyəsi yoxlanılır.