Qəsri-Şirin məntəqəsinin qubernatoru Nemətullah Nazpərvərde bu haqda deyib: “Xahiş edirik, Kərbəla zəvvarları Xosrəvi sərhəd-keçid məntəqəsinə müraciət etməsinlər. Bu keçid məntəqəsi hələlik əmniyyət səbəbilə bağlıdır. Tasua və Aşura həmçinin Məhərrəm əyyamı münasibətilə Kərbəlaya yola düşən şəxslər başqa keçid məntəqələrindən istifadə etsinlər.”
Xatırladırıq ki, Qəsri-Şirin məntəqəsi 27 minlik cəmiyyətlə Kermanşah məntəqəsinin qərbində yerləşir.
مطالب مشابه