سه شنبه 4 اردیبهشت 1403

14 August 2023

Suriyada həzrəti Rüqəyyənin (s.ə) mütəhhər hərəmində matəm məclisləri

Suriyada həzrəti Rüqəyyənin (s.ə) mütəhhər hərəmində matəm məclisləri


İmam Hüseynin (ə) qızı Həzrəti Rüqəyyanın (s.ə) Suriyanın Dəməşq şəhərində yerləşən mütəhhər hərəmində məhərrəm ayının daxil olması ilə matəm məclisləri keçirilir.

Deyerler.org ABNA-ya istinadən xəbər verir ki, Əhli-Beyt (ə) sevdalıları matəm ayının daxil olmasıyla Kərbəlanın 3 yaşlı qəhrəmanının hərəmini ziyarət edirlər və hərəmdə təşkil olunan matəm məclislərində fəal iştirak edirlər.

Tarixi mənbələrdə qeyd edilir ki, Kərbəlada 3 yaşı olan həzrəti Ruqəyyə (s.ə) atası İmam Hüseyn (ə) şəhid edildikdən sonra bibisi həzrəti Zeynəb (ə) və digər yaxınları ilə əsir düşərək, Şam şəhərinə aparılır. Atası İmam Hüseyni (ə) yuxuda görən həzrəti Rüqəyya (s.ə) xanım dayanmadan ağlayaraq, Kərbəla qatillərini qəzəbləndirir. Onun səsini kəsmək üçün Yezid (l) atası imam Hüseynin (ə) başını uşağa göstərməyi əmr edir. Həzrəti Ruqəyyə (s.ə) atası İmam Hüseynin (ə) mübarək başını teştin içində görüb, nalə və fəryad qopararaq şəhadətə yüksəlib.