چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Rusiyanın Kızlyar şəhərinin İmam Hüseyn (ə) məscidində məhərrəm mərasimləri

Rusiyanın Kızlyar şəhərinin İmam Hüseyn (ə) məscidində məhərrəm mərasimləri


Rusiyada yaşayan müsəlmanlar da hər il olduğu kimi bu il də, müxtəlif məntəqələrdə Məhərrəm ayının gəlişi münasibəti ilə əzadarlıq mərasimləri keçirilər. Belə ehtişamlı mərasimlərə nümunə olaraq, Kızlyar şəhərinin məşhur İmam Hüseyn (ə) məscidini qeyd etmək yerinə düşərdi. Hələ Məhərrəm ayının başlanmasına bir-neçə gün qalmış hazırlıqlara başlayan məscid əhli, Əhli-beytə (ə) olan sevgi və ehtiramını nümayiş etdirərək, Məhərrəm ayı münasibətilə məscidin divarlarına lazımı şüarları asmış, keçiriləcək mərasimlərdə iştirak edəcək zalq kütləsi üçün rahatlıq və xidmət şəraitini hazırlamışlar.

Hal-hazırda Məhərrəm ayının ilk günündən etibarən məsciddə mərasimlər təşkil olunur. Tanınmış ruhanilərdən olan Kərbəlayi Ruhid Qüdrətli İmam Hüseyn (ə) haqda insanlara məlumat verir, o həzrətin amal və əxlaqını açıqlayır. Əhli-beyt (ə) rövzəxanları onların məzlumiyyətini nəzmə çəkərək insanların qəlblərinə ülvi duyğular bəxş edir. Belə mərasimlər bu məsciddə məhərrəm ayının əlamətdar günlərində davam edəcəkdir. Allah qəbul etsin.