جمعه 7 اردیبهشت 1403

14 August 2023

Ərbəin ziyarəti zamanı Mehran sərhəd keçid məntəqəsi xaricilər üçün bağlanacaq

Ərbəin ziyarəti zamanı Mehran sərhəd keçid məntəqəsi xaricilər üçün bağlanacaq


İranlı olmayan şəxslər Ərbəin ziyarəti zamanı Mehran sərhəd keçid məntəqəsindən istifadə edə bilməyəcəklər

Təsnim saytına istinadən xəbər verir ki, İlam məntəqəsinin bələdiyyə sədri Məhəmmədrza Mirvarid iranlı olmayan Ərbəin zəvvarlarının Mehran keçid məntəqəsindən deyil, İranla İraqın sərhəd olduğu başqa məntəqələrdən istifadə etməsi planlaşdırılıb.

Əfqanlı zəvvarlar Çələmçə və yaxud Çəzabe sərhəd keçid məntəqəsindən istifadə edəcəklər. Ehtimal edilir ki, Sumar sərhəd-keçid məntəqəsi də məhdud şəkildə açılsın.