چهارشنبه 5 اردیبهشت 1403

14 August 2023

Kərbəlaya ziyarətə gedən şəxslərə əmniyyət tövsiyələri

Kərbəlaya ziyarətə gedən şəxslərə əmniyyət tövsiyələri


 

1. Sərhəddə və yoxlanış məntəqələrində sizin çantalarınıza hansısa əşyanın və yükün qoyulmamasına diqqət edin

2. Səfər boyu pasport və sənədlərinizi diqqətlə qoruyub saxlayın. İtirdiyiniz zaman müxtəlif problemlərlə qarşılaşacaqsınız

3. Hərbi və yaxud yoxlanış məntəqələrindən keçdiyiniz zaman şəkil çəkməyin

4. Hərbi məntəqələrdə boş yerə dayanmayın

5. Bəzi həssas məntəqələrdə partlayış olduğu zaman, tez oranı tərk edin. Çünki bir partlayış olduğu zaman oraya cəmiyyət çox toplaşdığı üçün, terroristlər tərəfindən tələ qurularaq ikinci partlayıcı işə salınır

6. Tək səfərə çıxmayın və tək gəzməyin.

7. Zəvvarlarla dini-siyasi münaqişə və mübahisə etməyin

8. Səfər boyunca, müqəddəs hərəmdə və sair yerlərdə nizam-intizam qüvvələrinin qoyduğu qayda-qanunlara riayət edin

9. Şübhəli şəxslərdən uzaq durun və şübhəli hadisələrdə intizam qüvvələrinə müraciət edin

10. Şəxsi və xüsusi məlumatlarınızı heç kimlə bölüşməyin

11. Qiymətli əşyalarınızı xüsusi diqqətlə qoruyun

 12. Yemək və içməyinizi yalnız üzərində adı olan, etibarlı məkanlardan təmin edin

 13. İstirahət üçün qaldıınız mkanların etibarlı və üzərində ad yazılmış olmasına diqqət edin. Məkanın adresini yaxınlarınıza sms edin