Kəramət ongünlüyü münasibətilə İranın hər yerindən və ölkə xaricindən minlərlə zəvvar Məşhəd şəhərindəki İmam Rzanın (ə) hərəminə axışır.
Astan News-a istinadən dəyərələr saytı xəbər verir ki, bu mübarək günlərdə İmam Rzanın (ə) hərəmi də özünəməxsus bəzədilib. Mübarək mövlud ərəfəsində hərəmin bütün meydanları, fəvvarələri, sütunlu dəhlizləri güllərlə bəzədilib. Hərəmdə asılan rəngli işıqlar da axşam saatlarında müqəddəs ziyarətgaha xüsusi bir rəng qatır.
Qeyd edək ki, Kəramət ongünlüyü Əhli-Beytin (ə) səkkizinci nuru Həzrət İmam Rzanın (ə) əziz bacısı xanım Fatimeyi Məsumənin (s.ə) mövlud günündən - 25 iyuldan İmam Rzanın (ə)-ın mövlud gününə - 4 avqusta kimi davam edir. "Kəramət Ongünlüyü Əhli Beyt (ə) dostlarının şənlik günləri sayılır.