Sunday 18 May 2025

14 August 2023

Hollandiyada İslam məktəbi qurulacaq

Hollandiyada İslam məktəbi qurulacaq


Hollandiyanın Dövlət Müşavirliyi Amsterdamda bir fond tərəfindən lisey səviyyəsində açılması istənilən İslam məktəbi üçün Təhsil Nazirliyinin icazə verməsi və maliyyələşdirməni təmin etməsi istiqamətində qərar verib.

 

Anadolu-ya istinadən xəbər verilir ki, Dövlət Müşavirliyindən verilən açıqlamada, məktəbi açmaq üçün 2011-ci ildə müraciət edən Amsterdam İslam Təhsil Fondu (AİEV) haqqında Təhsil Nazirliyinin iddia etdiyi kimi rəsmi bir təftiş müraciəti olmadığı qeyd olunub. Bu haqda dəyərlər saytı yazıb.

 

Həmçinin fondun sabiq rəhbərlərindən birinin sosial şəbəkədə 2014-cü ildə İŞİD-lə bağlı etdiyi paylaşımlarından sonra qurumdan uzaqlaşdırıldığı bildirilən açıqlamada, bu səbəbdən məktəbin açılmasının qarşısında bir maneə qalmadığı vurğulanıb.

Dövlət Müşavirliyi Təhsil Nazirliyinin qərarı 1 avqustdan əvvəl təsdiqləməli olduğunu da vurğulayıb.

Hollandiyanın Təhsil Nazirliyi 2011-ci ildə məktəbin açılması üçün müraciət edən AİEV-ə razılıq vermişdi, ancaq daha sonra razılığı ləğv etmişdi. Amsterdam bələdiyyəsi də fond rəhbərlərindən birinin sosial şəbəkədə İŞİD ilə əlaqəli mesajlarını əsas göstərərək, məktəbə maliyyə dəstəyi verilməyəcəyini bildirmişdi.

Qərarlardan sonra AİEV bələdiyyəyə qarşı məhkəmədə iddia qaldırmışdır və məhkəmə 2015-ci ildə fondun lehinə qərar çıxardı.

 

Ölkədə lisey səviyyəsində olan yeganə İslam məktəbi olan Avisenna Kolleci Rotterdam şəhərində yerləşir.