İran və İraq tərəfindən ilk dəfə təşkil olunacaq "Ərbəin yürüşü" adlı beynəlxalq film və foto festivalı oktyabr ayında öz işinə başlayacaq.
İRNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, "Eşq yolu" beynəlxalq film və şəkil festivalının ilk tədbiri 23-27 oktyabr tarixlərində İraq və İranın müqəddəs məkanları olan Kərbəla və Məşhəd şəhərlərində eyni zamanda keçiriləcəyi bildirilib. Festivalın mövzusu Ərbəin yürüşü və İmam Rzanın (ə) şəhadəti ilə bağlı tədbirlərdir.
Bu mədəni tədbir çərçivəsində, müxtəlif tammetrajlı və qısametrajlı filmlər, klip, multiplikasiya, televiziya serialları və ssenari əsərləri ilə birlikdə mobil telefonlar və peşəkar fotoaparatlardan çəkilən fotolar sənətsevərlərə təqdim olunacaq.
Eşq yolu beynəlxalq film və şəkil festivalı Əhməd Miralayinin sədrliyi ilə İran və İraqın əlaqəli qurumlarının dəstəyi ilə keçiriləcək.