Kərbəla şəhərində İmam Hüseyn (ə) zəvvarlarının əsas ziyarət etdiyi yerlərdən biri olan Qətlgahın yeni qızılı zərihi yerinə bərkidilib.
İmamhussain saytına istinadən dəyərlər saytı xəbər verir ki, bir müddət əvvəl təmir üçün götürülən zərih artıq yenilənərək, aid olduğu yerə quraşdırılıb.
Qeyd edək ki, Qətlgah adlı yer Kərbəla faciəsi vaxtı İmam Hüseynin (ə) mübarək başının kəsildiyi yer adlanır.