Sunday 18 May 2025

14 August 2023

Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin qızılı günbəzi yuyuldu

Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin qızılı günbəzi yuyuldu


Kərbəla şəhərindəki Həzrət Əbülfəzl Abbasın (ə) mütəhhər hərəminin təmizlik idarəsinin xidmətçiləri hərəmin qızılı günbəzinin yuyulması işlərinə başlayıb. Alkafeel-ə istinadən dəyərlər saytı xəbər verir ki, Kərbəla şəhərində isti havaların və iqlim dəyişikliklərinin qızıl günbəzə təsir etməməsi üçün edilən bu təmizlik işləri təxminən beş gün davam edib.

Diametri 46.5 m və hündürlüyü 15 m olan günbəz təmizlik işlərində beş hissəyə bölünür və hər gün də bir hissə təmizlənir. Yuma işlərində xüsusi təmizlik ləvazimatları və vasitələri istifadə edilir. Qızıl piltələrin qurudulması üçün isə yun parçalar istifadə edilir.

 

Plitələri qurutmadıqda üzərində əhəng şəklində toplanan və parlaqlıq gücünü zəiflədən ərplər yığıldığ üçün yumaqla yanaşı, qurutma işi həyata kieçirilir. Təmizlik işlərində vaxt, dəqiqlik və sürət faktoru ilə yanaşı, suvurma prosesinə də diqqət etmək lazımdır. Çünki qızıl piltələr əhəng üzərinə bərkidilmişdir və əhəng də sudan tez təsirlənir.

 

Təmizlik işlərinin ilk mərhələsi çərçivəsində qızılı günbəzin şərqindəki Fərat (Əl-Əlkami) qapısı tərəfdə yerləşən hissəsi saat istiqamətində, saatın əksi istiqamətində və ən yuxarıdan ən aşağıya - yəni bayrağ hissəsindən günbəzin dibinə - doğru təmizlənib. Bu işlərdən sonra minarələrin təmizlənməsinə başlanacaq.