14 August 2023

Həzrət Məsumənin (s) hərəminin üzərindəki bayraq dəyişdirilib

Həzrət Məsumənin (s) hərəminin üzərindəki bayraq dəyişdirilib


İmam Museyi Kazımın (ə) qızı və İmam Rzanın (ə) bacısı Həzrət Fatimeyi-Məsumənin (s.ə) İranın Qum şəhərindəki mütəhhər hərəmində mövlud münasibətilə təmizlik işləri aparılıb.

 

Həzrət Fatimeyi-Məsumənin (s.ə) mübarək mövludu münasibətilə günbəzə yaşıl bayraq sancılıb. Eləcədə ötən gecə Qum şəhərində O Həzrətin hərəmində bayram şənlikləri keçirilib. Bu haqda maidə saytı yazıb.

 

 Həzrət Məsumə xanımın mövludu ilə (zil-qədə 1) Kəramət günləri başlayır. Bu günlər İmam Rzanın mövluduna (zil-qədə 11) qədər davam edir.