Sunday 18 May 2025

14 August 2023

Fransalı bir müsəlman ailə Quran öyrədən bir oyuncaq bir körpə hazırladı

Fransalı bir müsəlman ailə Quran öyrədən bir oyuncaq bir körpə hazırladı


Fransalı bir müsəlman ailə kiçik qızlarından ilhamlanaraq, oyuncaq bir körpə hazırlayıblar.

 

İQNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, bu oyuncaq körpə həm uşaqların sevdiyi oyuncaq kuklalara oxşayır, həm də Quran ayələrini onlara öyrədir.

 

The National xəbər mərkəzinin bildirdiyinə görə, Samirə və Adil Çinin Shantou şəhərindəki bir zavoda bu oyuncaq körpənin hazırlanmasını sifariş ediblər.

 

Samirə Quran müəllimidir. O, 4 yaşlı kiçik qızı Janetin Quranı asanlıqla öyrənməsini istəyirdi. Bunun üçün həyat yoldaşı ilə birlikdə bir oyuncaq körpə hazırlayaraq, Çinə səfər etdilər.

 

Samirə Fransanın Santiye şəhərində yoldaşları tərəfindən bu oyuncaq uşağın nə qədər sevildiyini görən kimi, həyat yoldaşından bu işi ticarətə çevirməsini və istehsalı artırıb oyuncaq kuklaları Dubayda satmasını istəyib.