İmam Rzanın (ə) mövludu ərəfəsində Ali Rəhbəri Ayətullah Seyyid Əli Xameneinin iştirakı ilə, mənəvi bir ab-hava içərisində Allahın səkkizinci höccəti Həzrət İmam Rzanın (ə) qəbri-şərifinin toz alma mərasimi keçirilib.
Maidə saytı xəbər verir ki, mərasim boyunca qarilər və Əhli-Beyt (ə) məddahları nurani ayələr qiraət edib, pak və məsum Əhli-Beytin (ə) şərəfinə mədhiyyələr oxuyaraq bu təntənəli ayinə xüsusi mənəvi-ruhani atmosfer bəxş etdilər.