14 August 2023

Məşhəddə İmam Cəfərin (ə) şəhadəti münasibətilə əza məclisi keçirildi

Məşhəddə İmam Cəfərin (ə) şəhadəti münasibətilə əza məclisi keçirildi


İranın Məşhəd şəhərindəki İmam Rzanın (ə) mütəhhər hərəmində imamət nurunun 6-cı ulduzu Həzrət İmam Cəfər Sadiqin (ə) müsibətli şəhadəti münasibətilə matəm mərasimi keçirilib.

 

Astan News-a istinadən dəyərlər saytı xəbər verir ki, hərəmin İmam Xomeyni zalında keçirilən matəm məclisində minlərlə insan iştirak edib. Mərasimdə İmam Cəfər Sadiq (ə) barədə söhbətlər edilib, əzadarlıq olunub.