Nəcəfül Əşrəfdəki İmam Əlinin (ə) mütəhhər hərəmində İmam Cəfər Sadiqin (ə) müsibətli şəhadəti növbəti ildönümü münasibətilə matəm məclisi keçirilib.
İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, İmam Əlinin (ə) pak hərəminin qəyyumu Seyid Nizar Haşim Həbl Əl-Mətin və hərəmin xuddamlarının iştirak etdiyi matəm məclisində rozələr və mərsiyyələr oxunub, göz yaşı axıdılıb.