Monday 19 May 2025

14 August 2023

Məkkədə Müqəddəs Kəbə örtüklərinin sərgisi açılıb

Məkkədə Müqəddəs Kəbə örtüklərinin sərgisi açılıb


Marwa-ya istinadən dəyərlər saytı xəbər verir ki, Sərgiyə gələnlər Kəbə örütüyünün əsrlər əvvəl və indi hansı parçadan hazırlandığının şahidi olacaq. Ekspozisiyada, həmçinin Kəbə üçün örtüklər düzəldilməsində istifadə olunan alətlər nümayiş olunur və ustalar da burada iştirak edirlər. Bildirilir ki, bu, çox zəhmət tələb edən prosesdir.

 

Bir örtüyün hazırlanması üçün bir qayda olaraq, bir neçə ay tələb olunur. Müxtəlif mərhələlərdə hazırlanan parçanın üzərində 170 müxtəlif sənətkarların işlədiyi vurğulanır. Xatırladaq ki, Kəbə örtüyü, adətən ildə bir dəfə yenilənir.