Nəcəfül-Əşrəfdə yerləşən İmam Əlinin (ə) mütəhhər hərəmində 25 şəvval - Əhli-beytin (ə) altıncı imamı Cəfər Sadiqin (ə) müsibətli şəhadəti münasibətilə qara bayraqlar sancılıb.
İmam Cəfər Sadiqin (ə) müsibətli şəhadətinin növbəti ildönümü münasibətilə İmam Əlinin (ə) hərəminin günbəzinə qara bayraq sancılıb. Bu haqda maidə saytı yazıb. Hərəmin müxtəlif yerlərində üzərində İmam Sadiqin (ə) adı yazılmış matəm bayraqları bürünüb.
Hərəmdə İmam Cəfəri Sadiqin (ə) şəhadəti münasibətilə əzadarlıqlar təşkil olunur, növhələr və mərsiyələr oxunur.