İraqın Kazimeyn şəhərindəki Həzrət İmam Museyi Kazım (ə) ilə Həzrət İmam Məhəmməd Cavadın (ə) pak hərəmində İmam Cəfər Sadiqin (ə) müsibətli şəhadət gününün ildönümünün ərəfəsində matəm hazırlıqlarına başlanılıb. Hərəmin günbəzi, minarələri, eləcə də daxili və xarici hissəsinə qara bayraqlar asılıb.
İraqın Samirra şəhərindəki Həzrət İmam Əliyyən Nəqi (ə) və Həzrət İmam Həsən Əsgərinin (ə) mütəhhər hərəmlərinə də şəhadət münasibətilə qara bayraqlar asılıb. Bu haqda dəyərlər saytı yazıb.