Monday 19 May 2025

14 August 2023

17-ci əsrə aid afrikalı qulun Qurani-Kərimi Beyrutda sərgidə nümayiş etdirilir

17-ci əsrə aid afrikalı qulun Qurani-Kərimi Beyrutda sərgidə nümayiş etdirilir


Fələstinli bir sahibkar Beyrutda təşkil etdiyi sərgidə 17-ci əsrə aid afrikalı bir qula məxsus Qurani-Kərimi sərgiyə təqdim edib.

İQNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, Beyrutda Ən-Nimr Mədəniyyət mərkəzinin rəhbəri Rami Ən-Nimr ərəb xəttatlıq sənəti məsələsi ilə bağlı bir sərgi keçirib. Ən-Nimr Beyrutda təşkil etdiyi sərginin oktyabr ayına qədər davam edəcəyini söyləyib. O, sərgidə ərəb dilində İslam dünyasının ən qədim əlyazmalarını topladığını deyir. “Nümayiş olunan əsərlər mənim şəxsi kolleksiyamdır. Mən bu əsərləri fərqli insanlar və fərqli ölkələrdən satın almışam”, - deyə o bildirib.

Sərgidə nadir və bənzərsiz bir Qurani-Kərim əl yazması da nümayiş olunur. Bu Quran Afrikada qul ticarətinin geniş yayıldığı bir dövrdə bir gənc tərəfindən yazılıb. Bu kitabın yazılma tarixi 1740-cı ilə qədər gedib çıxır. Afrikalı gəncin qul ticarəti vaxtı ABŞ-ın Pensilvaniya ştatının varlı insanlarının birinə satıldığını deyən Rami Ən-Nimr, qulun qaçdığını, lakin daha sonra tutulduğunu deyib. O, afrikalı gənc qulun həbsdə olduğu vaxt bu Qurani-Kərimi yazdığını və öz şəklini də müqəddəs kitabın ilk səhifəsinə yerləşdirdiyini söyləyib.