Monday 19 May 2025

14 August 2023

Çinin İraqdakı yeni səfiri ilk növbədə Nəcəf şəhərini ziyarət etdi

Çinin İraqdakı yeni səfiri ilk növbədə Nəcəf şəhərini ziyarət etdi


İyulun 18-də Çin Xalq Respublikasının İraqdakı səfiri Çen Vi Çinq (Chen We Ching) və onu müşaiyət edən nümayəndə heyəti Nəcəfül Əşrəf şəhərindəki İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət edib.

 

İmamali saytına istinadən dəyərlər saytı xəbər verir ki, səfir İmam Əlinin (ə) mütəhhər hərəminin ictimaiyyətlə əlaqələr idarəsinin səlahiyyətliləri tərəfindən qəbul edilib.

 

Səfirə İmam Əlinin (ə) hərəminin tarixi və arxeoloji xüsusiyyətlətindən danışılıb və hərəmdəki yenidənqurma və genişləndirmə işləri barədə məlumatlar verilib. Səfir hərəmin Fatimeyi-Zəhra (s.ə) səhnini də ziyarət edib, görülən işlərlə tanış olub.

 

"İmam Əlinin (ə) mütəhhər hərəmini ziyarət etmək mənim üçün böyük şərəfdir. Mən Bağdaddakı ölkəmin yeni bir səfiri kimi, İraqa gəldikdən sonra ilk səfərimi Nəcəfə etdim. Çünki bilirəm ki, bu vilayət və müqəddəs şəhər İraqın mənəvi paytaxtıdır", - deyə səfir Çen Vi Çinq bildirib.

 

Səfir daha sonra sözlərini belə davam edib: "Mən müqəddəs şəhəri ziyarət etməklə uzun tarixi və inkişaf etmiş dini mədəniyyətinizə hörmətimi bildirirəm. Mənim Nəcəfə etdiyim bu səfər, Çin və İraq arasındakı mədəni və sivilizasiya əlaqələrini və iqtisadi əməkdaşlığı təşviq etmək üçündür"