Monday 19 May 2025

14 August 2023

Peyğəmbərin (s) və İmam Əlinin səhabəsi Salman Farsinin məqbərəsinə yeni zərih quraşdırılıb

Peyğəmbərin (s) və İmam Əlinin səhabəsi Salman Farsinin məqbərəsinə yeni zərih quraşdırılıb


İslam Peyğəmbəri (s) və imam Əlinin (ə) yaxın səhabəsi Salman Farsinin İraqın Mədain şəhərindəki qəbrinin üzərində yeni zərih quraşdırılıb. 

 

Yeni zərihin quraşdırılması mərasimi bu gün rəsmilərin iştirakı ilə baş tutub. Bu haqda maidəsaytı xəbər verib. Yeni zərih İranın İsfahan şəhərində hazırlanıb. Zərihin hazırlanmasında 20 kiloqramdan artıq qızıl və 200 kiloqramdan artıq gümüş istifadə olunub.