22 iyul – Milli Mətbuat Günü münasibəti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə iyulun 18-də “İslam həmrəyliyi və media” mövzusunda konfrans keçirilib.
Konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, din xadimləri və media nümayəndələri iştirak ediblər.
Konfransda çıxış edənlər milli-mənəvi, o cümlədən dini dəyərlərin, multikultural və tolerant ənənələrin qorunması və təbliği istiqamətində KİV-lərin üzərinə düşən vəzifələr barədə müzakirələr aparıblar.
Sonda mətbuat günü ilə əlaqədar bir qrup jurnalistə mükafatlar təqdim olunub.