Monday 19 May 2025

14 August 2023

Londonda İmam Hüseynin (ə) adına ən böyük qanvermə aksiyası keçirildi

Londonda İmam Hüseynin (ə) adına ən böyük qanvermə aksiyası keçirildi


Londonda İmam Hüseynin (ə) adına ən böyük qanvermə aksiyası keçirilib.

Xarici mətbuata istinadən dəyərlər saytı xəbər verir ki, qanvermə aksiyası Böyük Britaniya Səhiyyə Nazirliyi və Müsəlman Tələbələr Birliyinin əməkdaşlığı ilə Londondakı İslam Mərkəzində təşkil olunub.

Qanvermə aksiyası komitəsinin məsullarından Mustafa Xan açıqlamasında, müsəlmanların qanvermə aksiyasına böyük maraq göstərdiyini bildirib. O, keçən ildən etibarən Böyük Britaniya Səhiyyə Nazirliyi ilə müqavilə bağladıqlarını və əməkdaşlığın çox yaxşı bir şəkildə davam etdiyini söyləyib.

Mustafa Xan, hazırda Böyük Britaniyanın 25 şəhərində qanvermə aksiyasının keçirildiyini bildirərək, növbəti addımlarının bu aksiyanı ölkə miqyasında təşkil etmək olacağını deyib.

Böyük Britaniya İslam Mərkəzinin sədri Məhəmməd Əli Şumali də açıqlamasında, qanvermə aksiyasının müsəlmanlarla bağlı bəzi mənfi düşüncələri aradan aparacağını bildirib: “Bu aksiya hər kəsin İslamın bəşəriyyətə xidmət etməyə nə qədər əhəmiyyət verdiyini və bəşəriyyətin qorunmasının İslamda çox böyük yerinin olduğunu görmələri baxımından mühümdür”.