Monday 19 May 2025

14 August 2023

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərin sayı açıqlandı

Qurban bayramı ilə əlaqədar qeyri-iş günlərin sayı açıqlandı


Bu ilin sentyabr ayında qeyd ediləcək Qurban bayramı ilə əlaqədar Azərbaycanda neçə gün qeyri-iş günü olacağı açıqlanıb.

 

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri Akif Əli Report-un sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 1-i və 2-si Qurban bayramı kimi qeyd olunacaq: “Ayın 2-si şənbə gününə təsadüf etdiyindən sentyabrın 4-ü, yəni bazar ertəsi də qeyri-iş günü olacaq.

 

Beləliklə, Qurban bayramı ilə əlqədar olaraq sentyabrın 1-dən 5-dək tətil olacaq. Sentyabrın 5-i iş günüdür.