Monday 19 May 2025

14 August 2023

Nəcəf- Əşrəfdə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı

Nəcəf- Əşrəfdə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı


Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin xəbər və informasiya kanalına istinadla verdiyi xəbərə görə, Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Darul- Quranil- Kərim" idarəsinin təşəbbüsü ilə İraqın Nəcəf- Əşrəf əyaləti və Nəcəf şəhəri üzrə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı başlamışdır.

Hüseyn əl- Həkim - yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planının icrasına nəzarətçi, bu xəbəri elan edərək deyib: Quran- Kərim ustadlarını yetişdirilməsi təlim planının ilk fazası üç mərhələdə başlamışdır. Bu mərhələlərin hər birisi iki ay müddətində başa çatacaqdır.

O əlavə etdi: İraqın Nəcəf- Əşrəf əyaləti və Nəcəf şəhəri üzrə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı kursları Həzrət İmam Əlinin (ə) müqəddəs hərəminin nəzdində fəaliyyət göstərən "Quran, Nəhcül-Bəlağə və Səhifətul-Səccadiyyə araşdırmaları müəssisəsi"ndə keçiriləcəkdir. Kurslarda iştirak etmək üçün daha öncədən Quran- Kərim tilavət və təcvid hökmlərini bilmək zəruridir.

Əl-Həkim vurğulayıb: İraqın Nəcəf- Əşrəf əyaləti və Nəcəf şəhəri üzrə yüz nəfər Quran ustadı yetişdirilməsi təlim planı kursları ölkənin Quran fəalları tərəfindən geniş, maraq və sevinclə qarşılanmışdır. Xəbəri iqna yazıb.