Monday 19 May 2025

14 August 2023

Türkiyədə "işarə dili" ilə Quran xətmi proqramları davam edir

Türkiyədə "işarə dili" ilə Quran xətmi proqramları davam edir


Eşitmək qüsuru olan bir qrup xanım Türkiyənin "Çürlü" şəhər "Darul- İfta"sında Quran- Kərim məclislərində iştirak edərək Quranı işarə dili ilə xətm etmişdilər.

Bu barədə "AA" xəbər və informasiya portalı məlumat yayaraq bildirib ki, "Çürlü" şəhər "Darul- İfta"sında Quran- Kərim məclislərində iştirak edən eşitmə qüsuru olan bir qrup xanım Quranın xətmini uğurla başa vura biliblər.

Çürlü şəhərinin müftisi Adəm Gülmək bu barədə çıxış edərək deyib: Eşitmə qüsuru olan bu xanımlar yüksək eşq, əlaqə və hədəf ilə Quran- Kərimin xətm məclislərində vəhy kəlamının qısa müddətdə xətm edilməsinə müvəffəq oldular. Amma burada qeyd ediləsi xüsusi nöqtə və məqam budur ki, onlar bu işi "işarə dili" ilə bacardılar və bu da göstərir ki, insan çalışmaq, iradə və eşq ilə hər bir maneəni və məhdudiyyəti aşa bilər.

Adəm Gülmək əlavə etdi: İşin əvvəlində bu iş eşitmə müşkülü olan xanımlar üçün bir az çətin və ağır görünürdü. Amma Quran təbiyəçilərinin onları bu işdə təşviq etməsi və həvəsləndirməsi onları bu yolda ümidvar etdi və biz sonda onların müvəffəqiyyətinin şahidi olduq.

Çürlü şəhərinin müftisi Adəm Gülmək eşitmə və görmə qüsuru olanlar üçün xüsusi və müxtəlif Quran proqramların nəzərdə tutulduğuna işarə edərək dedi: Fiziki qüsuru olan heç bir kəs Quran və dini təlimlərdən məhrum qalmamalıdır. Buna görə də biz də çalışırıq ki, "bril" əlifbasından istifadə edərək "qəlbinur"lar (görmə qüsuru olanlar) üçün də Quran xətmi məclisləri təşkil edək. Hal-hazırda bu proqramlar davam edir.