Monday 19 May 2025

14 August 2023

Bir milyon məktəbli Quran əzbərləmə proqramında iştirak etdi

Bir milyon məktəbli Quran əzbərləmə proqramında iştirak etdi


İranın Təhsil Nazirliyi tərəfindən təşkil olunan Quran əzbərləmə layihəsinə təqribən bir milyon məhkəb şagirdi iştirak edib.

İQNA-ya istinadən dəyərlər saytı xəbər verir ki, nazirliyin Quran, İtrət və Dualar idarəsinin müdiri Məhəmməd Rza Musəyibzadə, bu layihənin ali dini rəhbərin 10 milyon Quran hafizinin hazırlanması ilə bağlı tövsiyəsi ilə bağlı görülən işlərin bir hissəsi olduğunu deyib.

 

Nazirlik təqribən 4 milyon şagirdin Quran öyrənməyə başlaması üçün Nur proqramında iştirak etdiyini bildirib.

Təhsil Nazirliyinin digər Quran fəaliyyətləri barədə də açıqlama verən Musəyyibzadə, ölkə miqyasındakı məktəblərdə 750 Darul Quran Mərkəzini qurduğunu bildirib.

 

O, bundan başqa, Quran və dini mövzularda müxtəlif kitabların nəşr edilməsi, məktəb şagirdləri üçün Quran və dini yarışmaların təşkili və s. işlərin nazirliyin gördüyü işlərdən olduğunu bildirib.