“İnterfaks”a istinadla verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) xəbərdarlıq edib.
“Hazırda Yəməndə, eləcə də bəzi Afrika ölkələrində sürətlə yayılmaqda olan vəba epidemiyası Səudiyyə Ərəbistanında həcc zamanı və hətta vətənlərinə qayıtdıqdan sonra bütün zəvvarlar üçün ciddi təhlükə kəsb edə bilər.”, - ÜST-ün bəyanatında bildirilir.
Təşkilatın vəba ilə mübarizə üzrə eksperti Dominik Leqros Səudiyyə Ərəbistanının virusun yayılmasına yol verməmək üçün “yaxşı hazırlaşdığını” qeyd edib.
ÜST-ün məlumatına əsasən, hazırda Yəməndə 330 mindən çox insan vəbaya yoluxub.
Bu il həcc ziyarəti sentyabrın əvvəlinə təsadüf edəcək.